...

Türkiyənin vitse-prezidenti: Sentyabrın 27-də başlayan hücumlar Ermənistanın Tovuzdakı təxribatının davamıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Oktyabr 2020 13:18 (UTC +04:00)

Bakı. Trend:

Sentyabrın 27-də başlayan hücumlar Ermənistanın Tovuzda həyata keçirdiyi təxribatın davamıdır.

Trend-in məlumatına görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

O bildirib ki, Ermənistan Azərbaycan torpaqlarında işğalçıdır:

“Ermənistan bu bölgədə sülh və sabitliyin qarşısında ən böyük maneə olduğunu dəfələrlə bütün dünyaya nümayiş etdirib”.

Vitse-prezident əlavə edib ki, Dağlıq Qarabağ və ətraf ərazilərin 28 ildir davam edən işğalının sona çatdırılması üçün hər hansı konkret addımlar atılmayıb:

“Ermənistanın artmaqda olan təxribatları və Azərbaycan torpaqlarına hücumları Azərbaycanın səbr kasasını daşırıb və ölkəni beynəlxalq hüquqa uyğun olaraq özünümüdafiə haqqının istifadəsinə vadar edib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti