Azərbaycan və Türkiyə diplomatları Amerika Dövlətləri Təşkilatının ermənipərəst baş katibinin riyakarlığını ifşa edib

Azərbaycan və Türkiyə diplomatları Amerika Dövlətləri Təşkilatının ermənipərəst baş katibinin riyakarlığını ifşa edib

Bakı. Trend:

Vaşinqton şəhərində Azərbaycan və Türkiyə diplomatları Amerika Dövlətləri Təşkilatının ermənipərəst baş katibi Luis Almaqronun riyakarlığını ifşa edib

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, 20-21 oktyabr 2020-ci il tarixlərində virtual formatda keçirilmiş Amerika Dövlətləri Təşkilatının (ADT) Baş Assambleyasının 50-ci Sessiyasında Azərbaycan Respublikası da təşkilatın Daimi Müşahidəçisi qismində iştirak edib.

Təəssüflə qeyd etmək lazımdır ki, öz ənənəvi ermənipərəst mövqeyini davam edən ADT-nin baş katibi Luis Almaqro əvvəlki illərdə olduğu kimi bir daha Baş Assambleyadan öncə nə ADT-nin, nə də ADT üzv ölkələrinin rəsmi mövqelərini əks etdirən kəskin ermənipərəst bəyanatlarla çıxış edib. Bununla bağlı ADT-nin bir sıra üzv ölkələri L.Almaqronun mövqeyinin beynəlxalq hüquqa və ölkələrin mövqelərinə zidd olduğunu bildirib və onun Cənubi Amerikada fəaliyyət göstərən erməni lobbisinin təsiri altında olduğunu etiraf edib.

Baş Assambleyada çıxış edən Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri Orxan Zeynalov ADT baş katibinin təxribatçı bəyanatına sərt cavab verərək, tədbir iştirakçılarına cari ilin 27 sentyabr tarixindən başlayaraq qoşunların təmas xətti boyunca Ermənistanın Azərbaycana qarşı başladığı aqressiya barədə ətraflı məlumatı çatdırıb, ölkəmizin cəbhə bölgəsindən xeyli uzaq ərazilərdə, əhalinin sıx yaşadığı yerlərdə yaşayış-mülki obyektlərin raket və ağır artilleriya hücumları nəticəsində günahsız insanların öldüyünü qeyd edib. Hazırda Azərbaycan ordusunun bu aqressiyaya qarşı cavab tədbirləri görmək məcburiyyətində qaldığı və Azərbaycan əhalisinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə əks-hücum tədbirlərinin davam etdiyi bildirilib. Döyüşlərin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində getdiyi vurğulanaraq, Ermənistanın Azərbaycan ərazilərini işğalı faktı, BMT Təhlükəsizlik Şurasının işğalçı ordunun qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı müvafiq qətnamələri də xatırlanıb.

O.Zeynalov çıxışında ADT-nin baş katibinin erməni diasporunun təsiri ilə ADT adından verdiyi təxribatçı bəyanat və Səfirliyə ünvanlandığı məktubun ADT üzvü olmayan Azərbaycana qarşı açıq aqressiya olduğu, təşkilatın Nizamnaməsinin müvafiq fəslində təsbit edildiyi kimi beynəlxalq hüququn prinsipləri – suverenlik və müstəqillik prinsiplərinin kobud pozulduğu və məktubda əks olunmuş sübutsuz yalanların ADT üzv-ölkələrinin mövqeləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə ziddiyyət təşkil etdiyi vurğulanıb. Şərq Yarımkürəsində baş verən hadisəyə münasibət bildirməklə ADT-nin Ümumi Katibliyinin öz mandatını və səlahiyyətlərini aşdığından ciddi narahatlıq ifadə olunub. Əlavə olaraq, ADT-nin 35 üzv-dövlətindən və 72 Daimi Müşahidəçidən ADT baş katibinin beynəlxalq hüquq və normalara zidd olan bu təxribatçı bəyanatının pislənməsi çağırışı edilib.

İclasın davamında qardaş Türkiyə Respublikasının ABŞ-dakı səfirinin müavini Sinan Ertay söz götürərək, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf 7 rayonu işğal etdiyini, beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu qeyd edib. Hazırda aqressor Ermənistanın beynəlxalq ictimaiyyət qarşısında yaratmaq istədiyi yazıq, əzilmiş obrazının tam yalan olduğu, əsl qurbanın torpaqları işğal altında olan Azərbaycan olduğunu da vurğulayıb. Türk diplomatı Türkiyənin Azərbaycana bundan sonra da mənəvi və siyasi dəstəyini davam etdirəcəyini, Ermənistanın işğala son verməsinə çağırıb. S.Ertay ADT baş katibinin heç bir beynəlxalq norma və prinsiplərə, beynəlxalq təşkilatların davranış etikasına sığmayan təxribatçı bəyanatını kəskin qınayıb.

İclasda çıxış edən Ermənistanın ABŞ-dakı səfiri Varujan Nersesyan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı göstərdiyi “obyektiv” mövqeyə görə ADT baş katibi L.Almaqroya xüsusi təşəkkür bildirməsi ilə əslində sonuncunun erməni lobbisi ilə sıx əlaqələrini bir daha üzə çıxarıb. Xatırladaq ki, Uruqvayın sabiq xarici işlər naziri L.Almaqro erməni lobbisinin təsiri altında 2011-ci ildə Azərbaycanın işğal altında olan torpaqlarında yaradılmış qondarma quruma qanunsuz səfər edib. Əlavə etmək lazımdır ki, Baş Assambleya zamanı Meksika tərəfi Boliviyada dövlət çevrilişinə təhrik edən hesabatı təbliğ etdiyi üçün L.Almaqronun baş katib vəzifəsindən getməsini tələb edib, ötən həftə Boliviya tərəfi ölkədə keçirilmiş seçkilərə və ölkənin suverenliyinə müdaxilə ittihamı ilə L.Almaqro barədə BMT-nin insan haqları üzrə ali komissarına şikayət ünvanlayıb, Argentinanın Xarici İşlər Nazirliyi isə baş katibi Venesueladakı böhranında tutduğu mövqeyə görə kəskin tənqid edib.

AccessBank tender elan edir
AccessBank tender elan edir
“Yelo Bank” kondissonerlərə servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir
“Yelo Bank” kondissonerlərə servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir
“Yelo Bank” açıq tender elan edir
“Yelo Bank” açıq tender elan edir
Loading Bars
Xəbər lenti
Azərbaycanın parlayan gənc ulduzu Pantene Altın Kelebek Mükafatını qazandı
Unibank kartını almaq üçün azı 8 səbəbiniz var
Qəzaya uğrayan helikopterin “qara qutu”su üzərində iş aparılır - Baş Prokurorluq
İranda daha 77 nəfər koronavirusdan ölüb
Amnistiya aktının tətbiqi ilə 500 min manatdan çox cərimə ləğv edilib
Amnistiya aktı ilə 1921 şəxs azadlığa buraxılıb
Azərbaycanda son amnistiyaya düşən xarici vətəndaşların sayı açıqlanıb
Amnistiya aktı ən çox 30-40 yaş həddində olan insanlara tətbiq edilib - İdarə rəisi (FOTO)
Zəfər günü ilə bağlı amnistiya indiyə qədər 3676 məhkuma şamil edilib
Könüllülər Forumu başlayıb (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qonaqkənd qəsəbəsinin sakinləri ilə görüşüblər
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qubada yeni inşa olunan Mədəniyyət Evində yaradılan şəraitlə tanış olublar
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qubada 1 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar
Prezident İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Quba ABAD Factory” müəssisəsinin açılışında iştirak ediblər (FOTO)
AÇG və Şahdəniz yataqları üzrə gəlirlər açıqlanıb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Quba Olimpiya İdman Kompleksində yaradılan şəraitlə tanış olublar
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Quba rayonuna səfər ediblər (FOTO)
UNEC-də Aziz Sancar adına Qida təhlükəsizliyi laboratoriyasının açılışı olub (FOTO)
Aberdin şəhərində Azərbaycan icması ilə görüş keçirilib (FOTO)
Qarabağ və Şərqi Zəngəzurun demoqrafik göstəriciləri açıqlanıb
Şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO)
Rusiyada "delta" ştammının unikal variantı tapılıb
Rüşvət alarkən saxlanılan məmurlara hökm oxundu (VİDEO)
Dövlət Neft Fondunun gəlir və xərcləri açıqlanıb
Qarabağa qayıdacaq əhali ilə bağlı qanun layihəsi hazırlanıb
"PAŞA Bank" onlayn əməliyyatlardakı problemlərlə bağlı açıqlama yayıb
bp-nin hədiyyə etdiyi laboratoriyaya Nobel mükafatı laureatının adı verilib (FOTO)
Ötən həftə azad olunan ərazilərdən 30 mina aşkarlanıb
“SQL” və “PL/SQL” təlimini uğurla bitirənlər "PAŞA Bank"da iş təklifi alıb
Dövlət vəsaiti hesabına ipoteka kreditləşməsi 44 faiz artıb
"Bahar" yatağında hasilatla bağlı proqnoz yüksəldilib
Sabah hava yağmursuz keçəcək
Muğanbankda kiçik və orta biznes kreditləri üzrə təcrübə proqramı
Azərbaycan İnvestisiya Şirkəti və “Balacans Agro Food” MMC arasında investisiya müqaviləsi imzalanıb (FOTO)
2022-ci ildə AÇG blokunda proqnozlaşdırılan hasilatın həcmi açıqlanıb
Bu tarixdə Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödəniləcək
Bakıda oğurladıqları avtomobili İsmayıllıda hissələrə ayırıb satanlar saxlanılıb (FOTO/VİDEO)
Gələn il "Şahdəniz"də proqnozlaşdırılan hasilat həcmi açıqlanıb
PAŞA Bankın “Onlayn kredit” məhsulu regionda KOS üçün “Ən yaxşı bank məhsulu” seçilib
BirKart-la hər 20-ci taksit əməliyyat hədiyyə qazandırır
Hesablama Palatasının əməkdaşları təltif edilib - SƏRƏNCAM
Latviyada "omikron" ştammına yoluxma qeydə alınıb
ABŞ-ın təbliğ etdiyi demokratiya modeli digər dövlətlərə təzyiq üçün bəhanədir - Çin
Koronavirusu çinlilər icad etməyib - Aziz Sancar
Qarabağda yeni iqtisadi quruculuğu təmin etməliyik - Emin Hüseynov
Prezident İlham Əliyev bu şəxslərə “Əməkdar mühəndis” fəxri adı verib - SİYAHI
Prezident İlham Əliyev rabitə və informasiya texnologiyaları işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb
16 noyabr təxribatı nəticəsində şəhid olan hərbçilərimizin ailələri sığorta ödənişi ilə təmin olunurlar
Pandemiya laboratoriyamın işini iflic etdi - Nobel mükafatçısı
Qarabağ zəfəri Türkiyənin qurtuluş savaşından sonra Türk dünyasının ən böyük zəfəridir - Aziz Sancar (FOTO)
Helikopter qəzasında şəhid olanların ailələrinə nə qədər kompensasiya veriləcək? -AÇIQLAMA
Şamaxıda vətəndaşların icra hakimiyyətinə müraciətləri üçün elektron portal yaradılıb - RİH başçısı
Yeniyetmə qəza törədərsə, kim və necə cəzalanır?
Ombudsman Səbinə Əliyevanın İtaliyaya səfəri İtaliya və Türkiyə mətbuatında işıqlandırılıb
Azad olunmuş ərazilərdəki sənaye parklarında yalnız innovativ texnologiyalara əsaslanan sənaye sahələri fəaliyyət göstərəcək - Sahib Ələkbərov
Myanmanın keçmiş rəhbəri həbs olunub
Azərbaycan daha iki beynəlxalq sənədə qoşulur
Vətən Müharibəsi Qəhrəmanının övladları himayəyə götürülüb (FOTO)
Qarabağda innovativ maliyyə-bank xidmətlərinin yaradılmasına start verilib
Britaniya Azərbaycandan gələnlər üçün giriş qaydalarına dəyişiklik edib
Gələn ildən azad olunmuş ərazilərdə yaşayıb-işləyəcək bu şəxslərə vergi güzəştləri olacaq
Azad edilən ərazilərdə innovativ inkişaf üçün bir sıra istiqamətlər var - Nazir müavini
Ağdam Sənaye Parkına investorların cəlbi üçün 5 müəssisə ilə danışıqlar başa çatmaq üzrədir - Sahib Ələkbərov (FOTO)
Mərkəzi Gömrük Hospitalının həkimi omikrona qarşı mübarizə vasitələri barədə danışıb
Payızlıq əkinlərin bəyanını sürətləndirmək üçün səyyar xidmət təşkil olunub (FOTO)
Şabranda bacısını öldürən gənc tutulub
Azad olunmuş ərazilərdə 10 seysmik stansiya qurulacaq
Könül Nurullayevanın Qarabağın bərpasına dair məqaləsi 13 ərəbdilli mətbuat orqanında dərc olunub (FOTO)
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Sankt-Peterburqda 128 ilin rekord şaxtası olub
Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya etimad üçün təşəkkür edirəm - Mariana Vasileva
Azərbaycan və Türkmənistanla imzalanan qaz müqaviləsinin çox böyük əhəmiyyəti var - İran prezidenti
Rabitəbankdan ilin son kampaniyası
Cəlilabad sakini həmkəndlisini qətlə yetirib
Toylarda karantini pozan 14 nəfər cərimələnib, 1 şadlıq sarayının sahibinə cinayət işi açılıb
Həftəsonu yol qəzalarında 9 nəfər ölüb
Kəlbəcərin Keçiliqaya kəndi (VİDEO)
Mingəçevirdə oğurladığı pulla Bakıda ev kirayələyən şəxs saxlanılıb
Sınaq imtahanına qeydiyyat bu həftə başa çatır
Xarici valyutaların manata qarşı məzənnələri
Gün ərzində Azərbaycanda 50-60 zəlzələ qeydə alınır - Qurban Yetirmişli
Qəbiristanlıqdan məhəccərləri oğurlayan şəxslər saxlanılıb (FOTO)
Çili-Argentina sərhədi yaxınlığında güclü zəlzələ qeydə alınıb
İranla Azərbaycan arasında ticarət dövriyyəsi sürətlə artır - İran gömrüyü
BRİKS ölkələri Cənubi Afrikaya "omikron" ştammına qarşı mübarizədə yardım təklif edib
"Omikron" ştammı Amerika ştatlarının üçdə birində qeydə alınıb
Çində elektrik stansiyasında baş verən yanğında 8 nəfər həlak olub
Meksikada yük maşını 15 avtomobilə çırpılıb
Putin ilə Modi iki ölkə arasında münasibətləri, Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər
Türkiyədə zəlzələ baş verib
Meksikada avtomobil piyadalara çırpılıb, 10-dan çox insan yaralanıb
ÜST rəhbəri Afrikanın cənubuna uçuşları məhdudlaşdıran ölkələri tənqid edib
Bakıda mənzildən kişi meyiti tapılıb
Etiraz aksiyası zamanı maşın nümayişçilərə çırpılıb, ölənlər var
Mir Şahinin vaxtı (VİDEO)
Lyuis Hemilton Formula-1 üzrə Səudiyyə Ərəbistanı Qran Prisinin qalibi olub
"Omikron" ştammının COVID-19-un daha ağır formasına gətirib çıxaracağını demək hələ tezdir - ÜST
Türkiyə prezidenti Qətərə səfər edəcək
Rusiyanın “Kinotavr” festivalının yaradıcısı vəfat edib
Bütün xəbərlər