...

Ermənistan hücumu nəticəsində Daşkəsəndə meşə yanğını başlayıb (VİDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Oktyabr 2020 15:54 (UTC +04:00)

Bakı. Trend:

Ermənistan qoşunları humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Daşkəsən rayonuna hücum edib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.

O qeyd edib ki, nəticədə meşə yanğını başlayıb:

"Fövqəladə hallar xidməti yanğının qarşısının alınması və Ermənistanın ekoloji terrorunun fəsadlarının azaldılması üçün işlər aparır. Xoşbəxtlikdən mülki şəxslər arasında itkilər qeydə alınmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti