...

Azərbaycan ordusu Qarabağın qanunsuz işğalına beynəlxalq hüquq çərçivəsində son qoyub - Yalçın Topçu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Noyabr 2020 09:31 (UTC +04:00)
Azərbaycan ordusu Qarabağın qanunsuz işğalına beynəlxalq hüquq çərçivəsində son qoyub - Yalçın Topçu

Bakı. Trend:

Azərbaycan ordusu Qarabağın qanunsuz işğalına beynəlxalq hüquq çərçivəsində və insan haqlarına, ətraf mühitə diqqət yetirməklə son qoyub. Bizə bu zəfəri yaşadan Azərbaycanın qəhrəman övladlarına və onun Ali Baş Komandanına eşq olsun!

Bunu Trend-ə Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

O bildirib ki, Azərbaycanın qəhrəman övladları əsgər olaraq cəbhədə, mülki əhali olaraq öz evlərində, siyasətçilər isə masa arxasında Ali Baş Komandanın idarəsi altında diplomatik və siyasi incəliklə dünya tarixinin gördüyü ən böyük qələbələrdən birini qazanıb:

“Bəşəriyyət Azərbaycanın bu qələbəsini “İnsani zəfər” olaraq qəbul edəcək, çünki Azərbaycan beynəlxalq hüquqa, insan haqlarına və təbiətə, döyüş hüququna riayət etməklə üstün olduğu halda belə məğlub tərəfə barış əlini uzadıb”.

Y.Topçu əlavə edib ki, Qarabağ Qafqazın və Türk millətinin ikinci Çanaqqalasıdır və Azərbaycanın qələbəsi həm də qərarları 28 ildir ki, icra olunmayan BMT-nin nüfuzunu da bərpa edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti