...

Almaniyanın Ştutqart şəhərində Azərbaycana dəstək aksiyası keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Noyabr 2020 10:57 (UTC +04:00)
Almaniyanın Ştutqart şəhərində Azərbaycana dəstək aksiyası keçirilib

Bakı. Trend:

Almaniyanın Ştutqart şəhərində azərbaycanlı gənclərin iştirakı və Azərbaycanın Baden Vüttenberqdəki fəxri konsulluğunun təşəbbüsü ilə Azərbaycana dəstək aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, soydaşlarımız Ştutqart şəhərinin mərkəzi meydanında Azərbaycan dövlətinə və ordusuna dəstək, işğalçı Ermənistan ordusunun törətdiyi terror aktlarına etiraz məqsədilə flaşmob təşkil edib. Aksiya zamanı ermənilərin terrorçu hərəkətlərini nümayiş etdirən plakatlar qaldırılıb, qara parçanın üzərində şamlarla Gəncə və Bərdə yazılıb, ətrafına güllər düzülüb.

Azərbaycan bayrağının dalğalandırıldığı aksiyada iştirakçılar “Qarabağ Azərbaycandır!”, “’Gəncə üçün dua et”, “Erməni təcavüzünə son qoyun” və s. kimi şüarlar səsləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti