...

Qazaxıstan Dağlıq Qarabağda döyüş əməliyyatlarının dayandırılmasını yüksək qiymətləndirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Noyabr 2020 16:49 (UTC +04:00)
Qazaxıstan Dağlıq Qarabağda döyüş əməliyyatlarının dayandırılmasını yüksək qiymətləndirir

Bakı. Nərgiz Sadıxova - Trend:

Qazaxıstan Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti arasnda imzalanmış Dağlıq Qarabağda döyüş əməliyyatlarının tam dayandırılması barədə birgə bəyanatı yüksək qiymətləndirir.

Trend-in məlumatına görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, əldə olunan razılaşmalar BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğundur və Dağlıq Qarabağ probleminin tənzimlənməsi üçün əsas kimi xidmət edə bilər:

“Bu sazişin əldə olunmasında Rusiyanın konstruktiv rolunu və razılaşmaların icrasına yönəlmiş sülhməramlılıq səylərini xüsusi vurğulayırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti