...

Müharibə bitib, məğlubiyyətlə barışmaq lazımdır - Ter-Petrosyan

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Noyabr 2020 11:11 (UTC +04:00)
Müharibə bitib, məğlubiyyətlə barışmaq lazımdır - Ter-Petrosyan

Bakı. Trend:

Rusiya-Ermənistan-Azərbaycan üçtərəfli bəyanatını reallıq kimi qəbul etmək və müharibənin bitməsi ilə barışmaq lazımdır, artıq qurbanlar olmayacaq.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə ölkənin sabiq prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, razılaşmanın icrası və Qarabağ məsələsinin yekun həlli yaxın gələcəyin işidir və Ermənistan buna ciddi şəkildə hazır olmalıdır:

"İndi çalışmaq lazımdır ki, ölkədə vətəndaş müharibəsinin qarşısı alınsın".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti