...

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Strasburqda görüşəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 May 2006 15:04 (UTC +04:00)

Mayın 5-də Ermənistanın xarici işlər naziri Vardan Oskanyan İrəvanda bəyan edib ki, "2 həftədən sonra Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin iclası çərçivəsində Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək. Bu görüşdə gələn ayın əvvəlində hər iki ölkə prezidentlərinin görüşünə hazırlıq məsələləri müzakirə olunacaq".

Mediamaks agentliyinin məlumatına görə, V.Oskanyan bildirib ki, dövlət başçılarının görüşünün keçirilmə tarixi və yeri dəqiqləşməyib.

O, son vaxtlar ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona birgə yox, ayrı-ayrılıqda səfər etməsində "sətiraltı siyasi məna" axtarmamağa çağırıb. V.Oskanyanın sözlərinə görə, bu, vasitəçilərin qrafiklərinin üst-üstə düşməməsi ilə bağlıdır. Yaxın günlərdə isə həmsədrlərin regiona birgə səfəri həyata keçiriləcək.

"Ermənistan hələ prezidentlərin Rambuye görüşünədək müəyyən addımlar atıb və biz Azərbaycan tərəfinin də cavab tədbirləri görməsini gözləyirik. Bu isə prosesdə irəliləyişlərə imkan verəcək", - deyə V.Oskanyan bəyan edib.

Xəbər lenti

Xəbər lenti