...

Erməni vandalliği haqda sənədlər AŞPA prezidentinə təqdim olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 İyun 2006 18:56 (UTC +04:00)

Iyunun 26-da Azərbaycanın Avropa Şurası parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri Assambleyanın prezidenti Rene van der Lindenlə gorüşərək, ermenilərin işğalı altındaki Azərbaycan ərazilərində kütləvi yanğınlar törətməsi ilə bağlı məlumat və fotoşəkillər təqdim ediblər.

Nümayəndə heyətinin üzvləri Lindendən bu məsələyə ciddi diqqət ayırmağı və AŞPA-nın hadisəyə münasibət bildirməsini xahiş ediblər. Öz növbəsində Linden meseleni diqqətdə saxlayacaqlarını bildirib. AŞPA prezidenti isə öz növbəsində bildirib ki, bu məlumatların ona çatdırılması vacib idi.

Nümayəndə heyətinin üzvü Qənirə Paşayevadan aldığımız məlumata görə, azərbaycanlı deputatlar məsələni ciddi şəkildə AŞPA prezidenti qarşısında qoyublar ve bildiriblər ki, baş verən hadisə nəinki Azərbaycana bütovlukdə Cənubi Qafqaza zərbədir ve ciddi təhlükə törədir: "Biz həmçinin bildirdik ki, bu yanğınlar təbii deyil ve qəsdən törədilir. Bu yanğınlar nəticəsində Azərbaycanın mədəni abidələri dağılır. Yandırılmış Ofşarlar ve Nərgiztəpə qəbristanlıqlarının şəkillərini təqdim etdik".

Xəbər lenti

Xəbər lenti