...

Qoşunların təmas xəttində monitoinq insidentsiz ötüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 İyun 2006 15:02 (UTC +04:00)

İyunun 28-də ATƏT-in hazırkı sədrinin mandatına uyğun olaraq Azərbaycan və Ermənistan hərbi qoşunlarının təmas xəttində keçirilmiş monitorinq zamanı insident qeydə alınmayıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev məlumat verib.

Monitorinq ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq qoşunların Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Harri Eronen keçirib.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Günter Folk və Piter Ki keçirib.

Xəbər lenti

Xəbər lenti