Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində törətdikləri yanğınlarla bağlı iyunun 29-da Strasburqda mətbuat konfransı keçirib. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti rəhbərinin müavini Gültəkin Hacıyeva bildirib.
G.Hacıyeva qeyd edib ki, mətbuat konfransında AŞPA-nın yay sessiyasını işıqlandırmaq üçün Strasburqa gələn xarici dövlətlərin jurnalistləri iştirak edib: "Hümayəndə heyətimizin üzvləri məsələ ilə bağlı müxtəlif suallara tutarlı arqumentlərlə cavab veriblər. Bu bizim nümayəndə heyətimizin AŞPA-nın sessiyası çərçivəsində ermənilərin vandalizm aktlarını ifşa edən növbəti tədbirimiz idi".