...

Araz Əzimov: ATƏT Minsk Qrupunun həmsədri vəzifəsinə Metyu Brayzanın təyin olunması müsbət haldır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyul 2006 20:54 (UTC +04:00)

Xarici işlər naziri müavini, prezidentin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə xüsusi nümayəndəsi Araz Əzimov ATƏT Minsk Qrupunun həmsədri vəzifəsinə Amerikalı Metyu Brayzanın təyin olunmasını müsbət hal hesab edir.

Trend agentliyi "AzTI" telekanalına istinadən xəbər verir ki, A.Əzimov deyib ki, bu, danışıqlar prosesinə təkan verəcək.

"Biz Metyu Brayzanın bu prosesə cəlb edilməsini dəfələrlə təqdir etmişik. M.Brayza peşəkar və bacarıqlı diplomatdır və biz ümid edirik ki, o, bu prosesdə müsbət rol oynayacaq" - deyə Araz Əzimov vurğulayıb.

Onun sözlərinə görə, yaxın vaxtlarda M.Brayzanın regiona səfəri gözlənilir.

Xəbər lenti

Xəbər lenti