...

ATƏT-in Minsk qrupunun həmsədrləri avqustun 2-4-də Parisdə məsləhətləşmələr aparacaqlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Avqust 2006 16:50 (UTC +04:00)

ATƏT-in Minsk qrupunun həmsədrləri avqustun 2-4-də Parisdə məsləhətləşmələr aparmaq niyyətindədir. Bu barədə Trend ə Azərbaycan Xarici İşlər Nazirliyindən xəbər veriblər.

Görüşdə əsas müzakirə ediləcək məsələ ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın Dağlıq Qarabağ münaqişəsi bölgəsinə səfərinin yekunu olacaq.

Diplomatlar sonuncu təklifləri ilə bağlı tərəflərin mövqeyini öyrənmək və yaxın vaxt üçün iş planı tərtib etmək niyyətindədirlər. O cümlədən, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqların növbəti raundunun təşkili məsələsinin müzakirəsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti