...

Dağlıq Qarabağ üzrə alt komitənin iclasında nümayəndə heyətləri də görüşəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Oktyabr 2006 17:08 (UTC +04:00)

Trend-i buradan izləyin

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində Dağlıq Qarabağ üzrə alt komitənin iclası keçirilib. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva bildirib.

Q.Paşayeva qeyd edib ki, iclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edib: "İclasda komitənin rəhbəri lord Rassel Contsonun yaxın vaxtlarda bölgəyə səfəri müzakirə olunub. O, Azərbaycanda, Dağlıq Qarabağda və Ermənistanda olacaq. Eyni zamanda bu məsələ ilə bağlı ola bilsin ki, gələn sessiyaların birində nümayəndə heyətlərinin alt komitədə görüşləri təşkil olunsun".

Millət vəkili iclasda S.Seyidovun Ermənistanın işğalçı siyasəti - işğal olunan ərazilərimizdə yanğınların törədilməsi, atəşkəs rejiminin pozulması və s. məsələləri gündəmə gətirdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti