...

Ermənilər Azərbaycana hərbi əsir Samir Məmmədovu vermək istəmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2007 15:41 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Z.İbrahimxəlilova/Ermənilər Azərbaycana hərbi əsir Samir Məmmədovu vermək istəmir. Bu barədə S.Məmmədovun əmisi Vidadi Məmmədov məlumat verib. Bu qənaətə S.Məmmədovun əmisi danışıqlar prosesi barədə bütün xəbərləri izlədikdən sonra gəlib. Onun sözlərinə görə, Azərbaycan əsgərinin vətənə qayıtması üçün fəal işlər aparılır.

Bununla yanaşı, Azərbaycanın Əsir, Girov və İtgin Düşmüş Şəxslər üzrə Dövlət Komissiyasından məlumat verilib ki, onlar Ermənistanın hərbi əsiri vermək istəmədikləri barədə məlumata malik deyillər.

S.Məmmədov Qazax rayonunun Ermənistanın İcevan rayonu ilə həmsərhəd olan hərbi hissədə xidmət çəkib. Azərbaycan əsgəri 2006-cı ilin dekabrın 23-də əsir götürülüb. Əsgərin üstündə silah və hərbi sursat olmayıb.

Xəbər lenti

Xəbər lenti