...

Ağdam rayonunda top və Qrad mərmisinin axtarışına başlanılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 May 2007 16:58 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Azərbaycanın işğal olunmuş ərazilərilə həmsərhəd olan Ağdam rayonun Zəngişanlı kənd sakini Sitarə Məmmədovaya məxsus fərdi yaşayış evinin həyətində 1994-cü ildən qalan top və Qrad mərmisinin axtarışına başlanıb.

Bu gündən "Dayaq" qeyri-hökümət təşkilatı evin ərazisində mərminin tapılması üçün qazıntı işlərinə başlayıb. Artıq 10 kvadratmetr ərazidə qazıntı işləri aparılıb. Ərazinin təhlükəsizliyini qorumaq üçün ev sahibləri ilə bərabər 300 m radiusda yerləşən bütün sakinlər köçürülüb.

Əraziyə 20-yə yaxın polis nəfəri və təcili tibbi yardım briqadası göndərilib.

Dayaq təşkilatının əməliyyat meneceri Ehtiram Cəfərovun verdiyi məlumata görə, kənddə aparılan sorğular nəticəsində bundan başqa daha iki ərazidə - Əliyev Elşadın şəxsi çayxanasının önündə və Vidadi Abbasovun həyatyani sahəsində iki ədəd hərbi sürsat var.

Dayaq təşkilatı son 20 gün ərzində Ağdam rayonundakı Elgi düzü istiqamətində 88 min kvadratmetr ərazidə təmizləmə işləri aparıb. Ərazidən tank əleyhinə mina və digər mərmilər tapılaraq zərərləşdirilib.

Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə Agentilyin xətti ilə isə bu günə kimi təxminən 4,8 million kvadratmetr ərazi minalardan təmizlənib. 213 minə qədər mina və PHS aşkarlanaraq zərəsizləşdirilib.

2001-ci ilin sentyabrından 86 minanın partlaması nəticəsində 53 nəfər həlak olub, 122 nəfər müxtəlif növ xəsarət alıb.  

Xəbər lenti

Xəbər lenti