...

Azərbaycan XİN rəhbəri ilkin mərhələdə Dağlıq Qarabağın statusunun müəyyən olunması ilə bağlı bəyanatları qeyri-konstruktiv hesab edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyun 2007 21:05 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Erməni rəsmi şəxslərinin Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlarda əvvəlcə Dağlıq Qarabağın statusunun müəyyən olunması ilə bağlı bəyanatları qeyri-konstruktivdir və tərəflərin üç illik səylərini heçə endirə bilər. Bunu cümə günü jurnalistlərə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov bəyan edib. "Əgər Ermənistan tərəfi ilkin olaraq Dağlıq Qarabağın statusunun müəyyən olunması ilə bağlı əvvəlki mövqelərinə qayıdarsa, o zaman bu nə danışıqlarda tərəflərin müzakirələri, nə Praqa prosesi, nə də münaqişənin mərhələli həlli ilə uyğunluq təşkil etməyəcək" - deyə o söyləyib.

Nazirin sözlərinə görə, Ermənistan, Azərbaycan tərəfləri və ATƏT-in Minsk qrupunun həmsədrləri birmənalı olaraq bəyan ediblər ki, ilk növbədə erməni qoşunları çıxarılmalıdır. Burda ilk növbədə sülhməramlı kontingent yerləşdirmək, ərazini, infrastrukturu bərpa etmək, məcburi köçkünləri daimi yaşayış yerlərinə qaytarmaq lazımdır. Yalnız bundan sonra Dağlıq Qarabağın statusu ilə bağlı məsələyə baxıla bilər. Nazir hesab edir ki, erməni tərəfinin bu cür çıxışları qeyri-konstruktivdir və indiyə qədər baş tutan danışıqların ləğv olunması deməkdir.

Xəbər lenti

Xəbər lenti