...

ATƏT qoşunların təmas xəttində növbəti monitorinqi keçirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyul 2007 10:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq çərşənbə axşamı Azərbaycanın Ağdam rayonunun Mərzili kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçiriləcək. Bu barədə bazar ertəsi Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jaslan Nurtazin, İmre Palatinus və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi keçirəcəklər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki, Miroslav Vımetal və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi keçirəcəklər.

Ağdam paytaxt Bakıdan 380 kilometr cənub-qərbində yerləşir.

Xəbər lenti

Xəbər lenti