Azərbaycan, Bakı/ " , müxbir K. Zərbalıyeva/ Avqustun 7-də saat 18:50-dən avqustun 8-i saat 05.00-dək Ermənistan Silahli Qüvvələri atəşkəsi yenə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub ki, qarşı tərəf Ağdam rayonunun işğal olunmuş Çıraqlı, Əhmədağalı və Sarıcalı kəndlərindən üzbəüz mövqelərimizin 8 postunu atıcı silahlardan atəşə tutub. Cavab atəşi ilə qarşı tərəf susdurulub. İtki yoxdur.