...

Ermənilər Qarabağ xalçalarını Avropada satır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Avqust 2007 11:53 (UTC +04:00)
Ermənilər Qarabağ xalçalarını Avropada satır

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu / Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərində yerləşən 14-dən çox xalçaçılıq sexində qalan Qarabağ xalçalarının naxışlarını ermənilər özününküləşdirib. Bu barədə cümə axşamı Bərdədə Qarabağ Xalçaçılıq Zavodunun direktoru Ceyran Bayramova məlumat verib.

Onun sözlərinə görə, Qarabağın ən gözəl çeşidləri olan Xanlıq, Şuşa, Nəlbəki gül, Ağ çiçəklər və digər xalçaları ermənilər toxuyaraq Avropanın bir çox ölkələrində Ermənistanın Qarabağ xalçaları adı altında satırlar, sərgilərə çıxarırlar.

O qeyd edib ki, naxışları Azərbaycana məxsus olan, lakin ermənilər tərəfindən toxunaraq Avropa ölkələrində satılan xalçaların qiyməti növündən asılı olaraq üç minə yaxın avrodur.

İşğaldan sonra Bərdə rayonunda fəaliyyət göstərən Xalçaçılıq Zavodunda 24 nəfər çalışır. Qarabağ xalçaçılıq sexləri 18-ci əsrdə fərdi şəkildə evlərdə yaradılıb. 1939-cu ildən isə Ağdamda Qarabağ Xalçaçılıq Zavodu yaradılıb. Zavodda 500 nəfər işçi qüvvəsi çalışıb. 1956-ci ildən isə hazırda ermənilərin işğal altında olan Ağdam, Şuşa, Xankəndi. Zəngilan, Xocalı, Cəbrayıl, Laçın rayonlarında da Qarabağ xalçaları toxunurdu.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti