...

ABŞ Azərbaycanın məcburi köçkünlərinə 325 mln. dollarlıq humanitar yardım göstərib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Avqust 2007 12:34 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend , müxbir Ş.Cəliloğlu/ Son 13 il ərzində ABŞ Azərbaycanın məcburi köçkünlərinin şəraitini yaxşılaşdırılması üçün 325 milyon dollarlıq humanitar yardım göstərib. Bu barədə cümə axşamı Ağcabədi rayonunda səfərdə olan ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi açıqlama verib.

Ağcabədi rayonunda 35 mindən çox məcburi köçkün məskunlaşıb.

Səfir Dersi Ağcabədi rayonunun icra başçısı Şahin Məmmədovla görüşündə bildirib ki, köçkünlər torpaqlarına qayıtmalıdırlar: "Bu insanların vəziyyəti ağır və acınacaqlıdır".

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti