...

MDB xüsusi xidmət orqanlarının anti-terror təlimləri sentyabrın 26-28-də Baykonur kosmodromunda keçiriləcək

Siyasət Materials 12 Sentyabr 2007 16:26 (UTC +04:00)
MDB xüsusi xidmət orqanlarının anti-terror təlimləri sentyabrın 26-28-də Baykonur kosmodromunda keçiriləcək

"Baykonur-anti-terror 2007" birgə operativ-strateji komanda-qərargah təlimləri sentyabrın 26-28-də Qazaxıstanda Baykonur kosmodromunda keçiriləcək. İTAR-TASS-ın verdiyi mlumata görə, bu barədə jurnalistlərə MDB-nin Anti-terror Mərkəzinin rəhbəri Andrey Novikov bildirib.

"Təlimlər zamanı diversiya-terrorist qrupların aşkara çıxarılması üzrə operativ-axtarış tədbirlərinin keçirilməsinin təşkili, ekoloji cəhətdən təhlükəli obyektdə girovların azad edilməsi və terrorçuların neytrallaşdırılması ilə bağlı xüsusi əməliyyatların keçirilməsi üzrə praktiki məsələlərlə bağlı iş aparılması planlaşdırılır" - deyə o bildirib. Belə bir obyekt qismində "Baykonur" kompleksinin ərazisində

oksigen-azot zavodu seçilib. Novikovun sözlərinə görə, təlim terrorçular qismində Belarus, Qazaxıstan və Rusiyanın milli təhlükəsizlik orqanlarının əməkdaşları çıxış edəcəklər.

"Təlimin əsas ideyasını şərti olaraq diversiya-terrorist qrupun üzvləri tərəfindən oksigen-azot zavodunun tutulması və onun işçi heyətinin girov götürülməsi təşkil edir. Operativ qərargah təşkil ediləcək və Rusiya FTX-nin xüsusi təyinatlılar mərkəzinin qüvvələri tərəfindən girovların azad edilməsi və terrorçuların neytrallaşdırılması ilə bağlı xüsusi əməliyyat keçiriləcək" - deyə Novikov bildirib.

Onun sözlərinə görə, kosmodromda terror təhlükəsinin aradan qaldırılması təcrübəsi analoji obyektlərə malik olan dünyanın digər ölkələrinə də çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti