...

Iranlı politoloq: "İran prezidentinin MAQATE-nin məruzəsindən fərqli bəyanat verməsi BMT tərəfindən İrana qarşı 3-cü qətnamənin tətbiqini qaçılmaz edib"

Siyasət Materials 14 Sentyabr 2007 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir D.Xatınoğlu/ MAQATE-nin Idarəetmə Şurasında Avropa Biriliynin İrana qarşı daha sərt sanksiyalar tətbiq olunması barədə bəyanat verməsinin səbəbi İran prezidentinin son bəyanatında MAQATE-nin məruzəsi ilə təzadlı statistikalar verməsi olub. "İran prezidentinin MAQATE-nin məruzəsində qeyd olunan statistikaralardan fərqli bəyanat verməsi BMT tərəfindən İrana qarşı 3-cü qətnamənin tətbiqini qaçılmaz edib" - deyə Kanadada fəaliyyət göstərən iranlı politoloq və "Fəhlələr-Kammunist" partiyasının sədri Həmid Təqvayi bildirib.

Sentyabrın 11-12-də MAQATE-nin İdarəetmə Şurasında Məhəmməd əl-Bəradei İranın uranı zənginləşdirmək prosesini davam etdirməsini pisləsə də, hazırda İranın Nətənz atom stansiyasında 2000 nüvə sentrifuqanın fəal olduğunu bildirib və qeyd edib ki, İranın zəngin urana yiyələnməsi uzun zaman sürəcək. İran prezidenti Mahmud Əhmədinejad isə nüvə sentrifuqaların rəqəmini 3000 elan edərək, hər həftə bir neçə nüvə şəlaləsinin yaradılmasından xəbər verib. Bu isə beynəlxalq ictimaiyyətin nəzərində MAQATE-nin məruzəsinə qarşı şübhələr yaradıb.

İranlı politoloq Təqvayi cümə günü Vankaverdən telefonla Trend ə bildirib ki, Əhmədinejad MAQATE-nin BMT-yə təqdim etdiyi məruzəsini şübhə altına salıb. Hazırda, Avropa və Amerikanın İran məsələsi üzrə fikir ayrılıqları olsa da, bir nöqtə üzərində müştərək fikir irəli sürürlər: "BMT Təhlükəsizlik Şurası İrana qarşı 3-cü qətnaməni tətbiq etməlidir".

Təqvayi bildirib: "İranın beynəlxalq səviyyədə ciddi problemlərə məruz qalmasının səbəbi xarici qüvvələrdən çox, daxildə təzadlı siyasət yürüdülməsindən asılıdır. İran MAQATE-yə şəffaf və dəqiq məlumat ötürəcəyinə söz verib. İran ölkədə 2000 nüvə sentrifuqanın fəal olduğunu bildirib, digər tərəfdən isə 3000 nüvə sentrifuqanın fəal olduğunu elan edib. Yəni İranın nüvə fəaliyyəti barədə əl-Bəradeiyə verdiyi statistikalarda çox təzadlar var". Politoloq daha sonra təəssüflə əlavə edib ki, hətta Rusiya və Çin belə 3-cü qətnamənin həyata keçirilməsi barədə narazılıqlarını ifadə etmirlər.

"Məncə, hazırda İranın nüvə məsələsi arxa plandadır. İranın İraqdakı terror aktlarında iştirak etməsi və şiə qruplara silah verməsi barədə danılmaz faktlar və sübutlar aşkar olunub. İrana qarşı BMT Təhlükəsizlik Şurasının 3-cu qətnaməsinin həyata keçirilməsində birinci səbəb də həmin faktlardır" - deyə iranlı politoloq bildirib.

Xəbər lenti

Xəbər lenti