Rusiya, Moskva / Trend , müxbir R.Ağayev / Azərbaycan Diplomatiya Akademiyası (ADA) təcrübə mübadiləsi və diplomatik kadrların hazırlanması sahəsində tammiqyaslı əməkdaşlıqda maraqlıdır. Bu barədə bu gün Moskvada Rusiya Federasiyasının Xarici İşlər Nazirilyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) ilə əməkdaşlıq haqqında müqavilənin imzalanmasından sonra ADA-nın rektoru, Azərbaycan xarici işlər nazirinin müavini Hafiz Paşayev məlumat verib. Rusiya tərəfindən müqaviləni MDBMİ-nin rektoru Anatoli Torkunov imzalayıb. İmzalanma mərasimində Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri, MDBMİ-nin Azərbaycan klubunun prezidenti Leyla Əliyeva, həmçinin, ali məktəbin müəllim və tələbə heyəti iştirak edib.
Qonaqları təqdim edən MDBMİ-nin rektoru Anatoli Torkunov bildirib ki, İlham Əliyevin təklifi ilə Azərbaycana səfərindən və azərbaycanlı həmkarları ilə iki təhsil müəssisəsi arasında gələcək əməkdaşlığa dair danışıqlardan məmnunluq duyur. Onun sözlərinə görə, Diplomatiya Akademiyası yenidir, cavandır, lakin artıq fəal inkişaf edir. "Bu gün bu danışıqlar Moskvada davam etdirildi və əməkdaşlığın çox maraqlı istiqamətləri barədə razılıq əldə olunub. Biz Azərbaycanın Diplomatiya Akademiyası ilə sıx əməkdaşlıqda maraqlıyıq" - deyə Torkunov vurğulayıb.
Torkunov , həmçinin qeyd edib ki, Azərbaycanla əlaqələr bütün mənalarda çox dərin xarakter daşıyır. "Burada azərbaycanlı tələbələr təhsil alır və Azərbaycan dili tədris olunur. Bizim ali təhsil ocağının iki ən hörmətli və ehtiramlı doktorları - Heydər Əlirza oğlu Əliyev, hansı ki, indii aramızda yoxdur və Azərbaycanın hazırkı prezidenti, MDBMİ-nin tələbəsi və müəllimi, ömrü böyu universitetlə bağlı olan İlham Əliyevdir. Buna görə, xüsusi münasibətlərimizdən başqa, biz Azərbaycanın Diplomatiya Akademiyası ilə sıx əməkdaşlıq edəcəyik" - deyə MDBMİ-nin rektoru bildirib.
Azərbaycanlı tələbələr qarşısında çıxış edən ADA-nin rektoru Paşayev, öz növbəsində qeyd edib ki, onun moskvalı həmkarı yeni Akademiyanın ilk qonaqlarından biri olub. Təhsil sahəsində MDBMİ-nin əhəmiyyəti barədə danışan Paşayev bildirib ki, hər bir gənc, o cümlədən o özü, bu nüfuzlu ali məktəbdə təhsil almağa səy göstərib. "Bu gün biz yüksək səviyyəli təhsilin bəhrələrini görürük. Azərbaycanın hazırkı prezidenti MDBMİ-nin keçmiş tələbəsidir və mən bilirəm ki, o, bunu çox yüksək qiymətləndirir. Paşayev, həmçinin, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun fəaliyyətini çox yüksək qiymətləndirib və əsas nailiyyət kimi, onun , ölkəsinə sidq ürəklə xidmətini qeyd edib.
Bülbüloğlu müqavilənin imzalanmasını ixtisaslaşdırılmış kadrların hazırlanması üçün lazımlı və zamanında atılan addım kimi qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycanda ciddi kadr çatışmazlığı müşahidə olununr və baxmayaraq ki, bu problem tez bir zamanda həll olunmayacaq, lakin bir çox vəd verən tələblər həyata keçirilib, Diplomatya Akademiyası yaradılıb və rektor Paşayev vəzifəsinin öhdəsindən uğurla gəlir.
MDBMİ tələbələri qarşısında çıxış edən Paşayev ABŞ-da Azərbaycan Respublikasının səfiri qismindəki fəaliyyətindən danışıb. O,xüsusilə qeyd edib ki, kadr hazırlanması məsələsi çox vacibdir və ölkəmizin gələcəyi üçün əhəmiyyətlidir. Hansı ki, sürətlə inkişaf edir və qabaqcıl mövqelərdən birini tutur.
"Neft strategiyasının dəyə rli təcrübələri və Azərbaycan iqtisadiyyaitın diversifikasiyasına əsaslanan siyasəti, kadr hazırlığı tələb edir. Bizim planımıza, həmçinin, bütün region və dünya üçün araşdırma qruplarının yaradılması daxildir. Belə ki, Azərbaycanın geosiyasi mövqeyi müasir aktual məsələlərə qatılmağı diqtə edir. Buna görə də, biz öz Akademiyamızı təkcə diplomatlar deyil, həmçinin mütəxəssisilər yetişdirən məktəb kimi təqdim edirik. Bu məqsədlə biz, ABŞ, Avropa və digər ölkələrin müxtəlif aparıcı ali məktəbləri ilə əməkdaşlıq edirik. Qısa müddətli kurslar təşkil edir və dünyanın bir sıra ölkələrinin məşhur alim və diplomatlarını məktəbimizə dəvət edirik" - deyə Paşayev bildirb.
Tələbələrin suallarını cavablandıran Paşayev Ermənistan -Azərbaycan münaqişəsi və Azərbaycan haqqında obyektiv məlumatın çatdırılması məsələlərinə xüsusi diqqət ayırıb. Onun sözlərinə görə, 14 il əvvəl o, ABŞ-da səfir vəzifəsini icra etməyə başlayanda, Azərbaycan haqqında, nəinki az, hətta yanlıış məlumata malik idilər, "Siz bilirsiz ki, ABŞ-da erməni diasporu Azərbaycan və ABŞ arasındakı münasibətlərdə əhəmiyyətli faktordur. Odur ki, bizim ölkəmiz haqqında mif addım - addım yayıldı. Mən Azərbaycan-Amerika münasibətlərinin necə inkişaf etdiyinin canlı şahidiyəm və biz onun səviyyəsindən məmnunluq duyuruq. 1998-ci ildə doktor Zbiqnev Bjezinski demişdi ki, "siz bu cür qısa müddət ərzində həyata keçirdiyiniz işlərlə fəxr edə bilərsiniz". Bu gün tam əminliklə deyə bilərəm ki, ABŞ-da Azərbaycan haqqında kifayət qədər mədlumat var və heç bir güc onu korlaya bilməz" - deyə X.Paşaev əlavə edib.