...

Azərbaycan prezidenti İtaliya Parlamenti Deputatlar Palatasının Xarici İşlər daimi komissiyasının sədrini qəbul edib

Siyasət Materials 20 Sentyabr 2007 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Prezident sarayında İtaliya Parlamenti Deputatlar Palatasının Xarici İşlər daimi komissiyasının sədri Umberto Ranierinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Azərbaycanla İtaliya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib. Siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edən prezident Əliyev Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin ildən-ilə artdığını müsbət hal kimi dəyərləndirib. İkitərəfli münasibətlərdə parlamentlərarası əlaqələrin böyük önəm daşıdığını vurğulayan Azərbaycan prezidenti əmin olduğunu bildirib ki, İtaliya nümayəndə heyətinin səfəri əlaqələrin daha da inkişaf etməsinə öz töhfəsini verəcək. Umberto Ranieri Azərbaycan-İtaliya münasibətlərinin uğurla inkişaf etdiyini deyib: "İtaliya ticarət sahəsində Azərbaycanın bir nömrəli tərəfdaşıdır, strateji əhəmiyyət daşıyan energetika sahəsində olduğu kimi, iqtisadi, mədəni və digər sahələrdə də əməkdaşlığımızı inkişaf etdirmək üçün yaxşı imkanlar var"-deyə Ranineri bildirib. İtaliya parlamentinin rəsmisi əlavə edib ki, Azərbaycanda davamlı demokratik inkişaf, o cümlədən iqtisadi artım, gözəçarpan iqtisadi göstəricilər müşahidə edir və buna görə prezident Əliyevin səylərini yüksək qiymətləndirir.

Xəbər lenti

Xəbər lenti