...

Azərbaycan prezidenti Kaliforniya Senatı və Assambleyasının nümayəndə heyətini qəbul edib

Siyasət Materials 26 Sentyabr 2007 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Prezident sarayında Kaliforniya Senatı və Assambleyasının nümayəndə heyətini qəbul edib. Görüşdə prezident Əliyev Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin yüksək səviyyədə olduğunu, ölkələrarası siyasi, iqtisadi, regional təhlükəsizlik, energetika sahələrində uğurlu əməkdaşlıq qurulduğunu bildirib. Dövlət başçısı ABŞ hökumətinin Azərbaycanın neft strategiyasını həyata keçirdiyi ilk vaxtlardan ölkəmizin təşəbbüskarı və fəal iştirakçısı olduğu qlobal enerji layihələrinin reallaşması işinə daim dəstək verdiyini deyib. Prezident nümayəndə heyətinin bu səfərinin Azərbaycan haqqında dolğun məlumatlar alınması baxımından əhəmiyyətli olduğunu da deyib. Kaliforniya Senatının səhiyyə komitəsinin sədri xanım Şeyla Kuel rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin yüksək səviyyədə keçdiyini söyləyərək əmin olduğunu bildirib ki, səfər ərzində Azərbaycan haqqında əldə etdikləri həqiqətlərdən ikitərəfli münasibətlərin bütün sahələrində səmərəli istifadə olunacaq.

Xəbər lenti

Xəbər lenti