...

Rusiya parlamentarisi: "ABŞ-ın Qəbələ RLS-dən birgə istifadə etməkdən imtina etməsi Avropada vahid RƏMS yaradılmasını qeyri-mümkün edir"

Siyasət Materials 27 Sentyabr 2007 13:58 (UTC +04:00)

Rusiya, Moskva / Trend müxbir R.Ağayev/ ABŞ-ın Polşa və Çexiyada RƏMS quraşdırılımasının əvəzində Qəbələ RLS-dən Rusiya ilə birgə istifadə etməkdən imtina etməsi Avropada raket əleyhinə vahid müdafiə sisteminin yaradılmasını qeyri-mümkün edir.

"Təəssüf ki, bütün texnoloji və texniki imkanların olmasına baxmayaraq, Rusiya Amerika və Avropa ilə birlikdə Avropada raket əleyhinə vahid müdafiə sisteminin yaradılması imkanını itirmiş olur" - deyə cümə axşamı RF Dövlət Dumasının təhlükəsizlik komitəsinin sədri Gennadi Qudkov Trend ə bildirib.

2007-ci ilin iyun ayında "Böyük səkkizliy"in sammiti çərçivəsidə Rusiya Federasiyasının rəhbəri Vladimir Putin ABŞ-a Qəbələ RLS-dən, həmçinin Armavirdə tikilən RLS-dən və əldə olunan məlumatdan birgə istifadə etməyi təklif edib. Bu təklif ABŞ-ın Polşa və Çexiyada RƏMS yerləşdirməkdən imtina etməsi şərti ilə irəli sürülüb. ABŞ Rusiyanın təklifindən imtina edib və Şərqi Avropada öz planlarını həyata keçirmək niyyətinin olduğunu bəyan edib. Bununla yanaşı, ABŞ Avropada RƏMS-in quraşdırılması ilə bərabər Qəbələ RLS-dən birgə istifadə etmək məsələsinə baxmağa hazır olduğunu bəyan edib.

Qudkov əmindir ki, ABŞ və Rusiyanın əməkdaşlığı bütün dünyada, xüsusilə də Avropada NATO və RF arasında əməkdaşlığı və inamı artıra bilər. "Bu, ABŞ və Rusiya arasında əməkdaşlıq və inamı artıra və əlbəttə ki, mürəkkəb məsələlərlə bağlı Ermənistan-Azərbaycan dioloqunu inkişaf etdirməyə imkan vermiş olar" - deyə rusiyalı parlamentari hesab edir.

Rusiya, ABŞ və Azərbaycanın Qəbələ RLS-lə bağlı üçtərəfli dioloquna toxunaraq Qudkov bildirib ki, uzaq məsafədə kosmik aşkarlama üzrə radiolokasiya stansiyaları əhəmiyyətini itirməkdədir. "Bu səbəbdən də yeni texnologiyalar RLS-i daha az zəhmətlə, daha az xərclərlə quraşdırmağa imkan verir. İndi Yer kürəsindən daha uzaq məsafələrdə10 santimetrlik metal kürəni aşkarlamağa imkan verən nəhəng stansiyalar tikilməkdədir və əlbəttə ki, bu kimi stansiyaların tikintisi vacibdir" - deyə Qudkov yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti