...

Azərbaycanlı deputat: "Qabaqcıl müxalifət partiyalarının seçki ilə bağlı birgə əməkdaşlıqdan başqa yolu yoxdur"

Siyasət Materials 2 Oktyabr 2007 12:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Yarana biləcək siyasi situasiyadan asılı olaraq bəzi müxalifət partiyaları birinci şəxslərlə yox, digər üzvləri ilə də prezident seçkilərinə qatılacaq, çərşənbə axşamı Trend ə açıqlamasında Müsavat Deputat Qrupunun üzvü Pənah Hüseyn bildirib. Onun sözlərinə görə, namizədlərin iştirakı rəsmiləşdirilənə qədər, partiyalarda bir neçə namizədin mübarizə aparacağı inandırıcı görünür.

"Müxalifətin vahid namizədlə iştirakı ideal yol kimi görünsə də, bu, mümkün deyil" Hüseyn deyib.

Azərbaycanda gələn il keçiriləcək prezident seçkiləri ilə bağlı müxalifət partiyaları ilkin mövqelərini açıqlayıb. Müsavat Partiyası seçkilərə qatılacağını, özündə üç partiyanı birləşdirən "Azadlıq" bloku isə seçki mühitinin dəyişmədiyi halda seçkiləri boykot edəcəyini bildirib. Müxalifətin seçkilərə vahid namizədlə gedəcəyi ehtimalı isə yoxdur.

Hüseyn hesab edir ki, müxalifətin namizədlərinin işinin koordinasiyası üçün birgə seçki kampaniyası aparılmalıdır. Onun fikrincə, indiki məqamda qabaqcıl müxalifət partiyalarının seçki ilə bağlı birgə əməkdaşlıqdan başqa yolu yoxdur.

Xəbər lenti

Xəbər lenti