...

MDB sammiti Nursultan Nazarbayevin yerinə yeni sədr seçəcək və icraçı katib vəzifəsində Ruşaylonu kimin əvəz edəcəyini müəyyən edəcək

Siyasət Materials 5 Oktyabr 2007 11:08 (UTC +04:00)
MDB sammiti Nursultan Nazarbayevin yerinə yeni sədr seçəcək və icraçı katib vəzifəsində Ruşaylonu kimin əvəz edəcəyini müəyyən edəcək

Bu gün Düşənbədə açılışı keçiriləcək Müstəqil Dövlətlər Birliyinin Sammitində Nursultan Nazarbayevin yerinə yeni sədr seçiləcək və MDB-nin icraçı katib vəzifəsində Vladimir Ruşaylonu kimin əvəz edəcəyi müəyyən olunacaq.

"Bir sıra təşkilati məsələlərin müzakirəsi planlaşdırılır. Xüsusilə, MDB-nin növbəti sammitinin keçirilmə yeri və vaxtı, dövlət başçıları Şurasında sədrliyə dair məsələlərin müzakirəsi gözlənilir" - deyə jurnalistlərə sammit öncəsi Rusiya Federasiyası prezidentinin köməkçisi Serqey Prixodko məlumat verib.

Anonimliyinin saxlanmasını istəyən Kremlin digər təmsilçisi, İTAR-TASS müxbiri ilə söhbətində qeyd edib ki, "MDB-də sədrlik - çox incə məsələdir, onu liderlər məhdud tərkibdə müzakirə edəcəklər".

"Arzu edənlər (sədrlik üçün) müxtəlifdir, lakin açıq-aydın hələ yoxdur, çünki MDB-də sədrliyin dəyişdirlməsinin bir neçə prinsipləri var. Məsələn, dövlət adlarının əlifba sırasında rotasiyası" - deyə agentliyin həmsöhbətçisi bildirb.

Onun sözlərinə görə, həmçinin MDB icraçı katibinin təyin olunması da bunun kimi incə məsələdir. "İndiki katibin səlahiyyət müdəti (Vladimir Ruşaylo) sona çatır, çox güman ki, bu sammitdə yeni katibin namizədliyi təklif olunacaq" - deyə mənbə bildirib. Lakin o vurğulayıb ki, Rusiya Vladimir Ruşaylo və MSK-nın keçmiş rəhbəri Aleksandr Veşnyakovun namizədliyini təklif etməyəcək".

Xəbər lenti

Xəbər lenti