...

Azərbaycanın millət vəkilləri bələdiyyələri qanunsuz torpaq satmaqda ittiham edirlər

Siyasət Materials 9 Oktyabr 2007 15:53 (UTC +04:00)
Azərbaycanın millət vəkilləri bələdiyyələri qanunsuz torpaq satmaqda ittiham edirlər

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında millət vəkilləri bələdiyyələri qanunsuz torpaq satmaqda və başqa torpaqlara sərəncam verməkdə ittiham ediblər. Müxalifətyönlü Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə bildirib ki, bir sıra bələdiyyələr torpaq fondunun olmamasına baxmayaraq, torpaq satmaqla məşğuldurlar.

"Eyni zamanda, Bakının Xətai, Nizami, Nərimanov bələdiyyələrinin torpaq fondu yoxdur. Amma bu bələdiyyələr torpaq satışı ilə məşğul olur. Həmin bələdiyyələr rüşvət almaqla il ərzində 100-150 torpaq sahəsinin satılmasına sərəncam verirlər. Şikayətçilərin məktubu əsasında həmin bələdiyyələrə müraciət edəndə isə bizə cavab verirlər ki, torpaq fondumuz yoxdur" - deyə Ağazadə vurğulayıb.

Millət vəkili qeyd edib ki, onlar bununla bağlı monitorinq aparıblar. Məlum olub ki, Məhəmmədi, Zabrat və Bilgəh bələdiyyələrinin əraziləri ilə bağlı ciddi problemlər var. Adıçəkilən kəndlərin bələdiyyələrinə məxsus torpaqların sərhədləri məlum deyil.

Buna cavab olaraq Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi bələdiyyələrin sərhədlərinin müəyyənləşdirilməsi üzərində işləyir, yaxın vaxtlarda bütün bələdiyyələrin sərhədləri və ərazisi müəyyənləşdiriləcək.

Parlamentin Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə isə bildirib ki, Bakının bir sıra bələdiyyələrinin torpaq fondu yoxdur. Sovet dövründə sovxoz və kolxozlara məxsus olan torpaqların inzibati ərazi vahidlərinə daxil edilməsi və bələdiyyələrə verilməsi üzərində iş gedir.

Bələdiyyələrin rüşvətlə torpaq satmasına münasibət bildirən Rəhimzadə vurğulayıb ki, bələdiyyələrin fəaliyyətində bir sıra qüsurlar mövcuddur: "Bəzi bələdiyyələr qanunsuz torpaq satışı ilə məşğul olurlar, amma bunu rüşvətlə, yoxsa başqa yolla etdiklərini deyə bilmərəm".

Xəbər lenti

Xəbər lenti