...

Şəmkir sakininin evindən 2 kiloqram marixuana tapılıb

Siyasət Materials 9 Oktyabr 2007 17:31 (UTC +04:00)

Azərbaycan, Qazax / Trend , müxbir N. Fətullayeva/ Şəmkir sakininin evindən 2 kiloqram marixuana tapılıb.Bu haqda məlumatı Şəmkir rayon polis şöbəsinin rəis müavini İmaməddin Namazov verib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oktyabrın 8-də Şəmkirin Kür qəsəbə sakini, 1958-ci il təvəllüdlü Yaqub Rzaquliyevin evindən 2 kq 100 q narkotik maddə sayılan marixuna müsadirə olunub. Rzaquliyev marixuananı özü istifadə etmək məqsədi ilə yetişdirdiyini deyib.

Faktla bağlı Şəmkir rayon polis şöbəsində Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılıb.

Rzaquliyevin təqsiri sübüta yetirilərsə, onu 3 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Xəbər lenti

Xəbər lenti