...

Avropa Ittifaqı (Aİ) və Azərbaycan arasında Əməkdaşlıq Şurasının səkkizinci iclası keçirilib

Siyasət Materials 16 Oktyabr 2007 19:27 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend /Azərbaycanın XİN mətbuat xidmətindən verilən məlumata görə, çərşənbə axşamıAvropa Ittifaqı (Aİ) və Azərbaycan arasında Əməkdaşlıq Şurasının səkkizinci iclası keçirilib. İclasa Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Mahmud Məmməqquliyev sədrlik edirdi. Avropa Komissiyasını Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya Respublikaları üzrə vəzifələrini icra edən direktor cənab Gunnar Viqand təmsil edirdi. Avropa Ittifaqının Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Səfir Piter Semnebinin də iştirak etdiyi görüşdə müzakirə olunan əsas mövzulardan biri Avropa Qonşuluq Siyasəti və xüsusilə də AQS Fəaliyyət Planının icrası ilə bağlı olmuşdur, həmçinin, Cənubi Qafqazda baş verən hadisələrə, o cümlədən, Azərbaycanda həyata keçirilən siyasi və iqtisadi islahatlara diqqət yetirilmiş, enerji və nəqliyyat məsələləri, insan hüquqları və demokratikləşmə, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.

Əməkdaşlıq Şurası Aİ-Azərbaycan Avropa Yaxın Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planı qəbul olunduqdan və 2006-cı ilin noyabrında Azərbaycan Respublikası və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalandıqdan bəri, Aİ və Azərbaycan arasında bu səviyyədə keçirilən ilk iclas idi.

İclasda siyasi dialoq mexanizmlərinin daha da inkişaf etdirilməsi və tərəflərin maraqlarına təsir edən təhlükəsizlik məsələləri üzrə məsləhətşəlmələrin keçirilməsi yolu ilə siyasi əməkdaşlığın daha da intensivləşdirilməsinin əhəmiyyəti vurğulanmışdır. Azərbaycan tərəfi regional sülh, təhlükəsizlik və sabitlik baxımından Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən ərazi bütövlüyü, dövlətlərin suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsasən həll olunmasının zəruriliyini vurğulamışdır.

Əməkdaşlıq Şurasının iclasında tərəflər arasında "Avropa İcması və ona Üzv Dövlətlərlə Azərbaycan arasında, ikitərəfli tekstil müqaviləsinin müddəti başa çatdığından, Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin bəndlərinin tekstil sahəsində ikitərəfli ticarətə aid edilməsi haqqında Tərəfdaşlıq Sazişinə əlavə Protokol" da imzalanmışdır.

Xəbər lenti

Xəbər lenti