...

İKT ölkələrinin hüquq mühafizə orqanlarının rəhbərləri Qətərdə görüşəcəklər

Siyasət Materials 22 Oktyabr 2007 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ İslam Konfrası Təşkilatına üzv dövlətlərin hüquq mühafizə orqanlarının konfransı bu ilin sonuna qədər Qətərdə keçiriləcək. Bu barədə bazar ertəsi İKT-nin Katibliyindən verilən məlumatda bildirilir.

Bazar ertəsi Bakıda İslam Konfransı Təşkilatına üzv olan dövlətlərin ekspertlərinin görüşü başlanıb, görüş İKT-nin üzvü olan dövlətlərin hüquq mühafizə orqanlarının əməkdaşlığı və sözügedən orqanların fəaliyyətinin koordinasiya edilməsinə yönəlib.

İKT-nin fəaliyyətinin əsas istiqamətlərindən birini beynəlxalq terrorizim, mütəşəkkil cinayətkarlıq, qanunsuz silah alveri, narkotik vasitələrin dövriyyəsi və insan alverinə qarşı mübarizə təşkil edir.

Xəbər lenti

Xəbər lenti