...

Yevlaxda "Gilan" dəri emalı fabrikinin açılışı olub

Siyasət Materials 24 Oktyabr 2007 13:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A. İsmaylova/ Azərbaycanın Yevlax rayonunda "Gilan" dəri emalı fabrikinin açılışı olub. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.

Fabrikdə hər gün 30 ton yerli xammal emal olunacaq. Müəssisədə 350 iş yeri açılıb. Emal olunan məhsullar yerli sifarişçilərə verilməklə yanaşı, İtaliya və Türkiyəyə də, ixrac olunacaq.

Xəbər lenti

Xəbər lenti