...

İsmayıllıda silah-sursat aşkarlanıb

Siyasət Materials 8 Noyabr 2007 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Paytaxt Bakıdan 180 kilometr şimal-qərbdə yerləşən İsmayıllı rayonunda silah-sursat aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən cümə axşamı bildiriblər ki, nazirliyin Baş Cinayət-Axtarış İdarəsi və İsmayıllı rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Xanagah kənd sakini Nəbi Əhmədovun evinə baxış zamanı 1 ədəd "TOZ-8" tüfəngi, 1 ədəd nömrəsi silinmiş "Karabin" silahı, 1 ədəd ov tüfəngi, 1 ədəd "F-1" qumbarası, 99 ədəd müxtəlif çaplı patron və 1 ədəd ov tüfəngi üçün bel kəməri aşkar edilib.

Faktla bağlı Əhmədov saxlanılıb.

Xəbər lenti

Xəbər lenti