...

Prezident "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Qanuna dəyişikliklərin tətbiqi barədə fərman verib

Siyasət Materials 26 Noyabr 2007 18:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Qanuna dəyişiklik edilməsi barədə 19 oktyabr 2007-ci il tarixli Qanununun qüvvəyə minməsi ilə əlaqədar, həmin Qanunun tətbiqi barədə fərman verib. Fərmanda bildirilir ki, Nazirlər Kabineti bir ay müddətində, qüvvədə olan qanunvericilik aktlarının "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Qanununda dəyişiklik edilməsi barədə" Qanununa uyğunlaşdırılması barədə təkliflərini Prezidentinə təqdim etməlidir. Həmçinin, Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə Prezidentə məlumat verməlidir. Abidə qoruqlarının nümunəvi Əsasnaməsinin təsdiq edilməsi də Nazirldər Kabinetinə tapşırılıb.

Prezident hökumətə digər tapşırıqlar da verib.

Xəbər lenti

Xəbər lenti