Rusiya, Moskva / Trend / müxbir R.Ağayev / Rusiya politoloqu, RF-nin Dövlət Dumasının müdafiə komitəsinin məsləhətçisi Qriqori Trofimçuk əmindir ki, RF-nin Baş nazirinin birinci müavini Dmitri Medvedyev Rusiyanın növbəti prezidenti olacaq.
Dekabrın 2-də keçirilən parlament seçkilərində səslərin 75%-dən çoxunu qazanmış dörd partiya bazar ertəsi Baş nazirin birinci müavini Medvedyevin namizədliyini RF-nin prezidenti postuna irəli sürülməsini təklif edib. RF prezidenti Vladimir Putin bu təklifi dəstəkləyib.
Çərşənbə axşamı Trofimçuk Trend ə müsahibəsində bildirib ki, prezident Putinin kursu, şübhəsiz, davam etdiriləcək, bu barədə parlament seçkilərindən də əvvəl bildirilirdi. " Medvedyevin növbəti prezident olması şansı 200%-dir, buna heç bir şübhə ola bilməz, belə ki, bu mexanizm çoxdan hazırlanıb" - deyə ekspert bildirib.
Politoloqun fikrincə, vəziyyətin nə qədər dəyişəcəyini söyləmək çətindir, çünki bu, bir çox hallarda Rusiyadan deyil, xarici qüvvələrin, NATO, Avropa İtiifaqı və bu kimi qurumların təzyiqindən asılıdır. Bu planda Rusiya üçün vəziyyət ciddi şəkildə pisləşəcək, çünki RF üçün həddən artıq mənfi xarici siyasət dinamikası güclənməkdədir. "Ən mühümü isə, rəhbərin xarakterinin, şəxsi keyfiyyətlərinin konkret vəziyyətə necə uyğun gələ biləcəyidir" - deyə polotoloq bildirib.
"Vladimir Putin bu vəziyyətin tələblərinə cavab verirdi, malik olduğumuz məlumatlar belə fikir yürütməyə imkan verir ki, o bu proseslərin qabağını birtəhər alırdı, Medvedyevin ilk baxışda meylli olduğu daha yumşaq yanaşmalar isə, Rusiya üçün daha mənfidir" - deyə Trofimçuk bilidirib.
Rusiyanın onun üçün xoşagəlməz görünən xarici siyasət dinamikasına gəlincə isə, ekspert qeyd edib ki, Rusiyaya istiqamətlənmiş mənfi vəziyyəti və dinamikanı xarakterizə edən ən ciddi misal Kosovo ilə bağlı vəziyyətdir və politoloq əmindir ki, bu məsələdə Rusiyanın fikirini nəzərə almayıblar. Politoloq əmindir ki, keçmiş sovet məkanında qalan muxtariyyətlərə münasibətdə Rusiyaya qarşı məhz bu maket və modeldən istifadə olunacaq. "Rusiya burada çox ciddi maneələrlə üzləşəcək, xüsusən ona görə ki, o özü bu keçmiş sovet muxtariyyətlərinin müstəqilliyinin təşəbbüskarı olub. Hər bir konkret halda, vəziyyət müxtəlifdir, lakin hər halda, Rusiya bu məsələdə birbaşa iştirak edib, buna görə də Rusiya üçün vəziyyətin pisləşəcəyini gözləməyə dəyər" - deyə Trofimçuk qeyd edib.
Politoloqun fikrincə, Rusiya keçmiş sovet məkanında tanınmamış respublikaların tanınmasına getməyəcək. "Hər halda, Rusiya keçmiş sovet məkanında tanınmamış respublikaların tanınmasına getməyəcək. Bütün bunlar hamısı yalnız sözlərdir, çünki əgər bu işə meyl olsaydı, çoxdan həyata keçirilərdi, sözlərsə, əfsus ki, hələ heç nə demək deyil" - deyə Trofimçuk bildirib.