...

"Livanda baş vermiş patlayışda Suriyanın rolu olduğunu istisna etmirəm"-- Livanlı politoloq

Siyasət Materials 12 Dekabr 2007 16:30 (UTC +04:00)
"Livanda baş  vermiş  patlayışda  Suriyanın rolu olduğunu istisna etmirəm"-- Livanlı politoloq

Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu, R.Hafizoğlu/ Livanda baş vermiş partlayışda ölkənin Baş nazirinin müxaliflərinin əli olduğu istisna olunmur. "Livanda baş vermiş patlayışda Suriyanın rolu olduğunu istisna etmirəm"- İngiltərədə fəaliyyət göstərən "Şərq- əlaləm" qəzetinin müdiri, ərəb politoloqu Züheyri belə hesab edir.

Dekabrın 12-də Livanın paytaxtında partlayış nəticəsində 5 nəfər həlak olub. Terror aktı nəticəsindəLivan generalı Fransva Əlhac öldürülüb. Yaxın gələcəkdə keçiriləcək prezident seçkisi zamanı partlayışın baş verməsində Qərbə meylli ölkənin Baş nazirinin müxaliflərinin əli olduğu barədə qeyri - rəsmi məlumat yayılıb. Indiyədək heç bir qrup rəsmən bu terror aktını boynuna almayıb.

Züheyri çərşənbə günü Londondan telefonla Trend ə bildirib ki, Livanın paytaxtı Beyrutda baş verən partlayışlarda müxtəltif kəşfiyyat orqanlarının, o cümlədən "əl-Qaidə"nin rolu ola bilər. "Livan strateji cəhətdən mühüm region olduğu üçün, müxtəlif dövlətlərin, o cümlədən Livan ərazisində "at oynadan" İsrail və Suriyanın maraqları Livan ərəzisində toqquşmaqdadır"-deyə, Ərəb politoloqu bildirib.

General Əlhac bir zaman Fələstinin Nəhrədbared qərargahında yerələşən əl -Qaidə terror şəbəkəsinə qarşı əməliyyat keçirib. Bu əməliyyatda əl -Qaidə şəbəkəsinin 230 üzvü həlak olub.

Livanın prezident seçkisi öncəsi, ölkədə müxtəlif qüvvələrin fikir ayrılığı müşahidə olunur. Livanın sabiq prezidenti Emil Lehudun səlahiyyəti noyabrın 23-də başa çatıb və yeni prezidentin seçilməsi üçün Parlementin üzvlərinin üçdə iki hissəsinin namzədi dəstəkləməsi lazımdır. Hazırda rəsmi Beyrutun hərbi qüvvələrinin sədri Mişel Süleymanın prezidentliyini dəstəkləyən qüvvələr çoxdur.

Züheyr son terror hadisəsi haqqında konkret açıqlama verməsə də, ehtimallar bunun siyasi maraqlarının və nüfuzunun gücləndirilməsi üçün Suriya tərəfindən sifariş olunmasını gücləndirir. "Terrorun Livanın daxilindəki qüvvələr tərəfindən edilməsi gün kimi aydındır. Livanda prezident seçkilərinin təxirə salınması Livan hakimiyətinin vahid namizədlə təmsil olunmasından və Livanın daxilindəki "Hizbullah"ın və digər qüvvələrin öz namizədlərini prezident görmək istəyindən irəli gəlir. Livanda, kimliyindən asılı olmayaraq, hər hansı bir radikal qüvvənin hakimiyyətə gəlməsi qeyri - mümkündür. Burada seçkinin baş tutmamasının nəticəsi kimi, ölkənin vətəndaş müharibəsinə sürüklənməsi ehtimalı bir o qədər də real deyil"- deyə, Züheyr bildirib.

Livanın Baş naziri Fuad Siniure sünni məzhəbli və Qərbə meyllidir. Siniure İran və Suriyanın əleyhinə olan qüvvələrin nümayəndəsi olaraq, digər cinahlara, xüsusilə Hizbullah təşkilatına siyasi rəqibdir.

Hazırda, Baş nazir Hizbullah təşkilatı ilə Mişel Süleymanın prezident olmasında firkir birliyi var. Bu isə, Suriyanın Livandakı mövqeyini təhlükəaltına alır. General Əlhacın. Süleymandan sonra hərbi qüvvənin sədri olacağı bildirilirdi.

Xəbər lenti

Xəbər lenti