...

Azərbaycan prezidenti Yaponiyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Siyasət Materials 13 Dekabr 2007 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Prezident sarayında Yaponiyanın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Masamitsu Okinin etimadnaməsini qəbul edib. Səfir etimadnaməsini prezidenti Əliyevə təqdim edib. Prezident Əliyev səfirlə söhbətində bildirib ki, Azərabycan-Yaponiya arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələr uğurla inkişaf edir. Yaponiyaya rəsmi səfərini və İmperator Akihito ilə görüşünü xatırlayan dövlət başçısı səfər zamanı ikitərəfli münasibətlərin daha da genişlənməsi barədə səmərəli fikir mübadiləsi aparıldığını deyib. Səfir Oki prezident Əliyevin fəaliyyətini böyük maraqla izlədiyini deyib. O, səfir kimi fəaliyyəti müddətində ikitərəfli əlaqələrin bütün sahələrdə daha da inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti