...

Azərbaycanın iki rayonunda kənd adları dəyişdiriləcək

Siyasət Materials 13 Dekabr 2007 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Azərbaycanın qərb bölgəsində yerləşən Samux rayonunun iki kəndinin adı dəyişdiriləcək. "Samux rayonunun Əliuşağı kəndinin sakinləri kəndin adının Alıuşağı, Hadılı kəndi sakinləri isə Qədili adına dəyişdirilməsi xahişi ilə Regional məsələlər daimi komissiyasına müraciət ediblər" Azərbaycan Parlamentinin Regional məsələlər daimi komissiyasının cümə axşamı keçirilən iclasında komissiyanın sədri, millət vəkili Arif Rəhimzadə bildirib.

Samux Azərbaycanın qərb bölgəsində, paytaxt Bakıdan 380 km aralıda yerləşir.

Rəhimzadə qeyd edib ki, Əliuşağı kəndinin adı əvvəllər Alıuşağı, Hadılı kəndinin adı isə Qədili olub.

Komissiyanın iclasında Saatlı rayonunun Seyidoba kəndinin adının dəyişdirilməsi və Seyidlər adlandırılması məsələsi də müzakirə olunub. Rəhimzadə bildirib ki, Seyidoba kəndinin adı 1998-ci ilə qədər Seyidlər olub: "Həmin ildə islahat adı altında kəndin adı dəyişdirilib. İndi isə kənd sakinləri əvvəlki adın bərpa olunmasını xahiş edirlər".

Saatlı Azərbaycanın mərkəzində, paytaxt Bakıdan 180 km aralıda yerləşir.

Müzakirələrdən sonra komissiya dəyişiklikləri təsdiqləyib və Milli Məclisin iclasında məsələyə baxılmasını tövsiyə edib.

Xəbər lenti

Xəbər lenti