...

"İlhamla irəli" aksiyasına start verilib (video)

Siyasət Materials 20 Dekabr 2007 12:08 (UTC +04:00)
"İlhamla irəli" aksiyasına start verilib (video)

Azərbaycan, Bakı / Trend , müxbir K.Zərbalıyeva/ Bu gün "İlhamla irəli" aksiyasına start verilib. "İrəli" Ümumrespublika Gənclər Hərəkatının təşəbbüsü ilə keçirilən aksiya çərçivəsində, "Sevgi ilə irəli!" şüarı altında silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Dekabrın 23-də Azərbaycan prospektindəki bir sıra binaların eyvanına Azərbaycan bayraqları asılacaq, saat 16. 00-dan etibarən, Dənizkənarı Milli Parkda və Fəxri Xiyabandan Bakı İdman Sarayına doğru "İrəli" nin kiçik qruplarından ibarət yürüş olacaq. Günün sonunda Bakı İdman Sarayında "Sevgi ilə irəli!" şüarı altında mədəni-kütləvi tədbir təşkil ediləcək. "İlhamla irəli" aksiyasının təqdimat mərasimində eyni adlı veb-saytın təqdimatı keçirilib.

Xəbər lenti

Xəbər lenti