...

AMİP sədri istefa verdi

Siyasət Materials 25 Dekabr 2007 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynlli, S.İlhamqızı/ Müxalifətçi Azərbaycan Milli İstiqlal Partiyasının sədri Ayaz Rüstəmov səhhətində yaranmış problemlər üzündən vəzifəsini icra edə bilməməsi barədə Siyasi Şuraya müraciət edib. Bu barədə AMİP-in mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Siyasi Şuranın iclasında onun müraciətinə baxılacaq və qərar çıxarılacaq.

Rüstəmov Trend ə açıqlamasında bildirib ki, partiya sədrliyindən istefa verib. O, bu qərarını partiya fəallarının təzyiqi altında vermədiyini deyib: "Mənim istefam partiya daxilində gedən proseslərlə bağlı deyil. Hər hansı təzyiqdən sonra istefa verməmişəm. İstefamın səbəbi yalnız səhhətimlə bağlıdır"-deyə AMİP sədri bildirib.

AMİP-ın təbliğat və mətbuat katibi Əli Orucov bir neçə ay əvvəl Rüstəmovun fəaliyyətindən narazı olması barədə fikirlər səsləndirmişdi. Partiyanın lideri Etibar Məmmədov da partiyanın aktiv siyasi fəaliyyət göstərməməsi barədə açıqlama vermişdi.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti