...

Hüquq-mühafizə orqanları 17 il əvvəl törədilmiş qətlin üstünü açıb

Siyasət Materials 30 Dekabr 2007 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend ,müxbir K. Zərbalıyeva / Hüquq-mühafizə orqanları 17 il əvvəl törədilmiş qətlin üstünü açıb.

Daxili İşlər Nazirliyindən bazar günü Trend ə bildirilib ki, Bakı şəhəri , Nardaran bağ massivindəki bağ evlərinin birinin həyətində torpağa basdırılmış insan sümükləri aşkarlanıb.

Əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində, skelet qalıqlarının 83 yaşlı Bəhlul Ağaməmmədova məxsus olduğu müəyyənləşdirilib.

Bu cinayətin 14 iyun 1990-cı ildə, əvvəllər dəfələrlə məhkum olunmuş və hazırda həbsdə olan Faiq Əhmədov tərəfindən törədildiyi müəyyən edilib.

Məlum olub ki, o, mərhum Ağaməmmədovu aldadaraq, atasının həmin vaxt bağbanlıq etdiyi bağ evlərindən birinə gətirib və onu tamah məqsədilə öldürüb.

Sonra cəsədin ağzından qızıl dişlərini çıxarıb, 500 manat pulunu, evinin açarlarını, qol saatını, cib bıçağını götürüb, meyidini isə həyətdə basdırıb.

DİN- dən bildirilib ki, bu il ərzində hüquq-mühafizə orqanları çoxsaylı ağır cinayətlərin üstünü açıb, cinayət törətmiş qruplar zərərsizləşdirilib.

Xəbər lenti

Xəbər lenti