...

Gəncədəki İstintaq Təcridxanasının rəhbərliyi ədliyyə orqanlarından xaric olunub

Siyasət Materials 8 Yanvar 2008 15:34 (UTC +04:00)
Gəncədəki İstintaq Təcridxanasının rəhbərliyi ədliyyə orqanlarından xaric olunub

Azərbaycan, Bakı / Trend , müxbir K. Zərbalıyeva/ Gəncədəki 2 saylı İstintaq Təcridxanasının rəhbərliyi intizam məsuliyyətinə cəlb olunub.

Bu barədə çərşənbə axşamı Trend ə Ədliyyə Nazirliyinin Penitensiar Xidmət Baş İdarəsindən məlumat verilib.

Bildirilib ki, təcridxananın rəisi Firdovsi Niftəliyev və müavini İbrahim Məmmədov ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə, tutduqları vəzifədən və ədliyyə orqanlarından xaric ediliblər.

Goranboyun Xanqərvənd kənd sakini, 27 yaşlı Rahib Zülfiqar oğlu Həşimov ötən həftənin cümə günü axşam saatlarında naməlum şəraitdə Gəncə şəhər 2 saylı İstintaq Təcridxanadan qaçıb.

Məhkum çərşənbə axşamı hüquq-mühafizə orqanları tərəfindən Tərtər rayonu ərazisində həbs olunub.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.

Bu faktla bağlı təcridxanada daxili təhqiqat aparılacaq.

Həşimov oğurluq və dələduzluqda ittiham olunaraq, ötən ilin avqustunda 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, İstintaq Təcridxanasında təsərrüfat briqadasında çalışıb.

Xəbər lenti

Xəbər lenti