...

Britaniya diplomatı hesab edir ki, Rusiyadakı Britaniya Şurası ətrafındakı münaqişələrdən geniş miqdarda rus iztirab çəkir

Siyasət Materials 19 Yanvar 2008 09:44 (UTC +04:00)
Britaniya diplomatı hesab edir ki, Rusiyadakı Britaniya Şurası ətrafındakı münaqişələrdən geniş miqdarda rus iztirab çəkir

Azərbaycan, Bakı, 19 yanvar / Trend , müxbir A.İsmayılova / Böyük Britaniyanın Rusiyadakı səfirinin müavini Lori Bristou Moskvadan telefonla Trend ə bildirib ki, Rusiyanın ərazisindəki Britaniya Şurasının fəaliyyətinin məhdudlaşması üzündən, geniş miqdarda rus iztirab çəkir.

"Əsasən də, əksər rusların Britaniya Şurası ilə təhsil, elm və mədəniyyət sahəsində əlaqələrin yaradılması üçün çalışmaq istəmələri bizi kədərləndirir", - Britaniyalı diplomat deyib.

Bu günlərdə Britaniya Şurası Sankt-Peterburq və Yekaterinburqda öz şöbələrinin fəaliyyətini dayandırıb. Buna səbəb kimi, Rusiya hökumətinin bu şöbələlərin gələcək fəaliyyətini imkansız hala salmasını göstəriblər.

Rusiya XİN-i 2008-ci il yanvarın 1-də Londondan, Britaniya Şurasının Peterburqda və Yekaterinburqda şöbələrinin, hüquqi statusları olmadığından, bağlanılmasını tələb edib.

Bristou deyib ki, Böyük Britaniya və Rusiya arasında əlaqələr genişlənir. Ölkələr arasında ticarət və kapital qoyuluşu sürətlə inkişaf edir. "Biz Rusiya ilə İran və Kosovo, iqlim dəyişilməsi kimi beynəlxalq mövzularda işləmək istəyirik", - diplomat qeyd edib. Onun sözlərinə görə, Britaniya Rusiya ilə əməkdaşlığı inkişaf etdirmək üçün yaranmış vəziyyətdən çıxış yolu axtarır.

Britaniya Şurasının ilk İnformasiya Mərkəzi 1992-ci ildə Moskvada yaradılıb. 1994-cü ildə o, səfirlik yanında Mədəniyyət Mərkəzi statusu alıb. Sonralar 16 şöbə açılıb - Sankt-Peterburq, Arxangelsk, Volqoqrad, Yekaterinburq, İrkutsk, Kalininqrad, Krasnoyarsk, Murmansk, Nijnı Novqorod, Veliki Novqorod, Omsk, Petrozavodsk, Pskov, Rostov-na-Donu, Samara və Soçi şəhərlərində. 2006-cı ilin payızında siyasi miqrant Aleksandr Litvinenkonun Britaniya paytaxtında öldürülməsindən sonra, Moskva və London arasında əlaqələrdə gərginlik müşahidə olunub. 2007-ci ilin iyulunda qətl hadisəsində günahlandırılan Andrey Luqovun Rusiyaya verilməsindən imtina edilməsi haqqında Britaniyanın XİN başcısı Devid Milibend sanksiyanı qəbul edib. London dörd Rusiya diplomatının geri göndərilməsi və Moskva ilə bir çox sahələrdə əməkdaşlığın dayandlırılmasını elan edib. Rusiya dövlət orqanları üçün viza məhdudiyyətlərinin yeridilməsi elan edilib. RF XİN dörd Britaniya diplomatının geri qaytarılması və terrorizmə qarşı əməkdaşlığın dayandırılmasını elan edib. Bundan əlavə, Rusiyanın rəsmi nümayəndələri Böyük Britaniyaya getməkdən imtina ediblər və Britaniya məmurlarına Rusiyaya giriş bağlanılıb.

Xəbər lenti

Xəbər lenti