...

Azərbaycan erməni seçicilərinin adlarının seçki siyahısına salınmasına kömək etmək üçün beynəlxalq təşkilatlara müraciət edib - MSK sədri (video)

Siyasət Materials 20 Yanvar 2008 11:40 (UTC +04:00)
Azərbaycan erməni seçicilərinin adlarının seçki siyahısına salınmasına kömək etmək üçün beynəlxalq təşkilatlara müraciət edib - MSK sədri (video)

Azərbaycan, Bakı, 20 yanvar / Trend , müxbir E.Hüseynli/ Dağlıq Qarabağda yaşayan erməni mənşəli Azərbaycan vətəndaşlarının adlarının seçki siyahısına salınmasına kömək etmək üçün Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) təkrar olaraq beynəlxalq təşkilatlara müraciət edib. "Dağlıq Qarabağda yaşayan digər millətlər kimi, erməni mənşəli Azərbaycan vətəndaşlarının seçib-seçilməq hüququ təmin olunmalıdır və Azərbaycan buna hazırdır" bazar günü jurnalistlərə MSK sədri Məzahir Pənahov bildirib.

Oktyabrda keçiriləcək prezident seçkiləri ilə bağlı məntəqə seçki komissiyalarında yanvarın əvvəlindən seçki siyahılarının dəqiqləşdirilməsinə başlanılıb. 122 saylı Xankəndi Seçki Dairəsində ötən il aparılan dəqiqləşdirmə zamanı 4218 seçici qeydə alınıb. 122 saylı Xankəndi SD-də 9 məntəqə fəaliyyət göstərir. Seçici siyahılarının dəqiqləşdirilməsi aprelin sonlarında başa çatacaq.

Pənahov deyib ki, erməni mənşəli Azərbaycan vətəndaşlarının adlarının seçici siyahılarına salınması üçün beynəlxalq təşkilatların gücündən istifadə etmək qərara alınıb. MSK sədrinin sözlərinə görə, beynəlxalq təşkilatlar bu məsələdə passivlik göstərir.

Xəbər lenti

Xəbər lenti