...

ABŞ prezidentliyinə namizəd Obama Ermənistanı Azərbaycan və Türkiyənin blokadasından çıxarmaq niyyətindədir

Siyasət Materials 21 Yanvar 2008 14:22 (UTC +04:00)
ABŞ prezidentliyinə namizəd Obama Ermənistanı Azərbaycan və Türkiyənin blokadasından çıxarmaq niyyətindədir

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir K.Ramazanova / ABŞ prezidentliyinə namizəd Barak Obama 1915-ci ildə Osmanlı imperiyası tərəfindən törədilməş "erməni soyqırımının" tanınması haqqında Qətnamənin Konqresdə qəbul edilməsinə çağırıb.

ABŞ prezidentliyinə namizəd, erməni seçicilərinə müraciətində erməni demokratiyasının güclənməsini və təhlükəsizliyini irəli sürən güclü erməni icmasının olduğunu təsdiqləyib.

O, Ermənistanı Azərbaycan və Türkiyənin blokadasından çıxarmağı və Dağlıq-Qarabağ münaqişəsinin uzunmüddətli nizamlanmasını üçün səy göstərəcəyini vəd edib.

ABŞ Konqresində 20-ci əsrin əvvəlində Osmanlı imperiyası ərazisində ermənilərin soyqırıma məruz qalmasını təsdiqləyən qətnamə layihəsi hazırlanıb. Ermənilər həmin gün 1,5 milyon nəfərin öldürüldüyünü iddia edirlər.

Türkiyə, ABŞ-ın bu Qətnaməni qəbul etdiyi təqdirdə, Türkiyə-Amerika əlaqələrinin pisləşəcəyini dəfələrlə bildirib. Qətnamə 2007-ci il yanvarın 30-da konqresmen Adam Şiff tərəfindən Nümayəndlələr Palatasına təklif edilib. ABŞ prezidenti Corc Buş, ABŞ-ın Dövlət katibi və onun səkkiz sələfi erməni soyqırımının tanınmasına və Qətnamənin qəbul edilməsinə qarşı çıxıblar.

Xəbər lenti

Xəbər lenti