...

Kosovo statusunun təyin edilməsinin ləngiməsi bütün regionu təhlükə altında saxlaya bilər – BMT-nin xüsusi nümayəndəsi

Siyasət Materials 30 Yanvar 2008 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar / Trend , müxbir K.Ramazanova / Statusun təyin edilməsinin ləngiməsi Kosovonu və bütün regionu təhlükə altında saxlaya bilər,-- BMT-nin Kosovo üzrə xüsusi nümayəndəsi Yoahim Rüker bu qənaətdədir.

"Hər hansı ləngimə ötən vaxt ərzində beynəlxalq təşkilatların göstərdlikləri bütün səyləri təhlükə altına sala bilər",- çərşənbə günü xüsusi nümayəndə elektron poçt vasitəsilə Trend ə bildirib.

1999-cu ildən Kosovo formal olaraq Serbiyanın tərkibindədir və BMT tərəfindən idarə olunur.

Böyük Britaniya, ABŞ və Fransanın simasında beynəlxalq vasitəçilərin "Üçlüyü" dekabrda Serbiya və Kosovo ilə aparılan danışıqlardan sonra BMT-nin Təhlükəsizlik Şurasına məruzə təqdim edib. Sənəddə tərəflərin ölkənin statusuna dair anlaşma əldə etmədikləri təsdiq edilib. Priştina, həmişəki kimi, Kosovonun müstəqilliyini, Belqrad isə yalnız Serbiya tərkibində geniş muxtariyyət verilməsini təkid edir.

Rükerin sözlərinə görə, beynəlxalq ictimaiyyət Kosovo məsələsində böyük uğurlara nail olub və stutus yaxın zamanda uğurla təyin ediləcək. "Qərar Kosovo əhalisi üçün qəbuledilən olmalıdır",-- o deyib.

Qərb ölkənin müstəqilliyini tanımağa hazır olduğunu bildirib. Lakin Belqrad yalnız muxtariyyat verməyə hazırdır. Rusiya Belqradın BMT-nin Nizamnaməsini pozaraq sərhədlərin yenidən bölünməsini istisna edən mövqeyini dəstəkləyib. Bu da Təhlükəsizlik Şurası formatında "danışıqların dalana dirənməsi" kimi qəbul edilib.

Avropa İttifaqı Kosovonun onun sıralarına daxil olmasının tərəfdarıdır.

"Biz inanırıq ki, Kosovo daxil olmaqla, Qərbi Balkanlar gələcəkdə Aİ-nin tərkibində olacaqlar",-- Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə Baş katibi Xavyer Solana Trend - ə müsahibəsində bildirib.

Komissar hesab edir ki, tərəflər münaqişənin həllinə nail olmalıdırlar. Belə olmazsa, Kosovonun Qanunun Aliliyi, bütün azlıqların hüquqlarının, mədəni və dini irsin qorunması prinsiplərinə demokratik və multi-etnik sadiqliyinə nail olacaqlar.

Xəbər lenti

Xəbər lenti