...

Azərbaycan parlamentinin nümayəndə heyəti İrana gedib

Siyasət Materials 2 Fevral 2008 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 fevral / Trend müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin nümayəndə heyəti İrana gedib. "Səfər zamanı Azərbaycan-İran parlamentlərarası əlaqələrinin gələcək inkişaf perspektivləri müzakirə olunacaq", -deyə şənbə günü Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Səfər İran İslam Şurası Məclisində (parlament) fəaliyyət göstərən İran-Azərbaycan Dostluq  Qrupunun dəvəti ilə  həyata keçirilir.

"Eyni zamanda, Azərbaycan və İran parlament nümayəndə  heyətlərinin beynəlxalq təşkilatlarda birgə əməkdaşlığı müzakirə olunacaq", - deyə məlumatda qeyd olunub.    Parlamentin Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Sosial siyasət daimi komissiyasının  sədri Hadi Rəcəbli,  Regional məsələlər  daimi komissiyasının sədr müavini Fəttah Heydərov, deputatlardan Ərəstun Cavadov, Hüseynbala Mirələmov və Fazil Mustafayev daxildir.Səfər müddətində nümayəndə heyətinin üzvləri İran parlamentinin rəhbərliyi, aqrar və sosial komissiyaların üzvləri ilə görüşəcəklər, parlamentin qanunvericilik təcrübəsini öyrənəcəklər. Deputatların İran-Azərbaycan Dostluq Cəmiyyətində və Xarici İşlər Nazirliyində də görüşləri nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti