...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Siyasət Materials 5 Fevral 2008 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 5-də saat 04.40-dan 05.00-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 04.15-dən 04.25-dək, saat 04.30-dan 04.50-dək Ağdam rayonunun Cəvahirli kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti